TELEFON ZƏNGİ HƏLƏ DƏ AKTUALDIR!
Biznesinizin çoxəsrlik tarixə malik olması və ya yeni fəaliyyətə başlamanızdan asılı olmayaraq,
sizi axtaranların hələ də əsas kommunikasiya metodu kimi telefon zənginə üstünlük verdiyini bilirdinizmi?
Müştərilər arasında çoxsaylı sorğu və araşdırmalar onu göstərir ki, rəqəmsal dönüşümün
həyatımızın bütün sahələrin ə təsirinə, süni intellektin müştəri xidmət mərkəzi əməkdaşlarının
işini qismən əvəz etməsinə baxmayaraq, hələ də müştərilərin böyük əksəriyyəti sorğu üçün
telefonun digər ucunda robotla deyil, insanla, yəni şirkət əməkdaşı ilə canlı ünsiyyətə üstünlük verirlər.
Sirr deyil ki, bugün əksəriyyətimiz ev telefonlarının ümumiyyətlə evin hansı küncündə toz
basdığını bilmirik. Bu telefon apparatları ən yaxşı halda aDSL internet xidmətinə qoşulma
zamanı modemin qoşulması üçün yada düşə bilər, sonra yenidən unudular.
MÜŞTƏRİ MOBİL TELEFONLA SİZİN ŞİRKƏTİ YIĞIR!
Belə olan halda, deməli, müştərilər zəng üçün mobil telefonlarından istifadə edirlər. Ciddi
narahatlıq doğuran məsələlərdən biri isə müştərilərin telefon xəttində gözlədilməsidir. Təbiidir
ki, bu zaman müştəri zamanı ilə birgə telefon balansından vəsait də itirir.
Hər-hansı məhsul və ya xidmətlə maraqlanan müştəri profili düşünün. Telefon zənginə cavab
verilmədiyi və ya gec cavab verildiyi halda əlavə vəsaitini də itirərsə, ona məmnun müştəri deyə
bilərikmi? Orta statistik müştəri üçün balansın silinməsi təbii ki, xoşagəlməz hal olacaq.
Əgər zəng edən şikayəti olan müştəridirsə, müştərinin buna görə üstəlik kiçik də olsa əlavə vəsait
xərcləməsi vəziyyəti daha da dramatikləşdirərək, əsəbi müştərini bir az da narazı salacaq.
BƏS NƏ ETMƏLİ?
Buna çıxış yolu kimi Amerikada Toll-Free və yaxud 1-800 kimi tanınan xidmət hələ keçən əsrin
ortalarında yaradılmışdır. Xidmət ilk olaraq AT&T telefon operatoru tərəfindən yaradılsa da,
daha sonra Avropa ölkələrində və tədricən dünyanın əksər ölkələrində şirkətlər tərəfinfən geniş
istifadə olunmağa başlamışdır. Hətta, bugün toll-free nömrəsi olmayan qlobal brend
tapmaq demək olar ki, mümkün deyil. Məsələn, Apple şirkətinin bütün məhsul qutularında 1-800
MYAPPLE toll-free nömrəsini gösmək olar. (MYAPPLE - hərflə yazılan Vanity adlandırılan nömrələrə aiddir.
Apple brendinin veb saytında isə, satış, dəstək, təhsil, binzes üçün fərqli toll-free nömrələr qeyd edilib.
Qlobal brendlərin korporativ qaydalarına əsasən müştəri ilə dəstək xətti üçün toll-free nömrənin mövcud olması olmazsa olmazlardandır.
Toll-Free xidməti müştəriyə istənilən telefondan hətta balansı sıfır və ya mənfi olduqda belə şirkətlərlə pulsuz əlaqə yaratmağı təmin edir.
Avirtel şirkəti Azərbaycanda toll-free xidmətinin yeganə operatorudur.
TOLL-FREE AZƏRBAYCAN BAZARINDA
Adətən görüşlər apardığımız yerli şirkət rəhbərlərində xidmətin geridönümlülüyü ilə əlaqədar
suallar yaranır ki, bu da təbiidir. Yəni, loru dildə desək, müştəri zəng edəcək, o zəngin pulunu
mən ödəyəcəyəmsə, bu mənim biznesim üçün əlavə xərcdir. Lakin, yuxarıda qeyd edilən və
bununla məhdudlaşmayan çoxsaylı üstünlükləri nəzərə alsaq, əslində hər məmnun müştərinin
biznesə qatdığı dəyərin, hər məmnun olmayan müştərinin isə vurduğu zərbənin əlavə müzakirəyə
ehtiyacı olmadığını düşünürük. Əlavə olaraq, Toll-Free nömrə bir imicdir. Qərb ölkələrində bu nömrə həm də şirkətin
güvənirliyinin birbaşa göstəricisi kimi qəbul edilərək onun reputasiyasını dəfələrlə artırır.
Hazırda qonşu Gürcüstan, Rusiya, Türkiyədə toll-free nömrələr bizneslərdən başqa, qeyri-
hökumət təşkilatları, hətta təhsil müəssisələri tərəfindən çox faydalı şəkildə istifadə edilir
Vanity nömrə ad söz və ya akronimdən ibarət olan abunəçinin seçdiyi toll free nömrədir. Amerika və Avropada istifadəsi geniş yayılmış, Vanity toll free nömrələr güclü marketinq və brend alətidir. Misal kimi 1-800-Flowers(Gül) vəya 1-800-İnsurance (Sığorta) 1 888 NewCars və s. göstərmək olar.
Avirtel bizinesinizi ən yaxşı şəkildə təmsil etməyiniz üçün sizə 088 pr efiksli müxtəlif toll free nömrələrini seçmək üçün xüsusi şans təqdim edir. Vanity nömrə seçərkən müxtəlif açar sözləri sınamalısınız. Peşəkar komandamız sizin biznesinizi başa düşərək ən uyğun toll free nömrəsi təklif edəcəkdir. Əgər hər hansı sual və ya təklifniz varsa bizimlə əlaqə saxlaya bilərsiniz.
Vanity toll free nömrə seçmək çətin proses deyil lakin bu diqqətlə edilməlidir. Avirtel mövcud və potensial müştərilərinizi cəlb etmək üçün xeyli sayda fərqli toll free nömrə kombinasyaları təklif edir. Avirtelin çağırış mərkəzi həlləri ilə birgə toll free nömrəsi sizi müştərilərinizlə daima əlaqədə qalmağa və daha professional görünməyinizə yardım edəcəkdir.
Həqiqi Toll Free Nömrələr
İnsanlar “toll free nömrə” eşidərkən, “800” prefiksli nömrə ağıllarına gəlir. Bunlar “Həqiqi 800 Nömrələr” adlanır.
Ümumi Toll Free Nömrələr
Digər kataqoriya isə ümumi Toll Free nömrələri adlanır və adətən "800"dən başqa "866" "877" və "888" prefiksləri ən cox bilinənlərdir.
Təəssüflər olsun ki, yuxarıda qeyd olunan prefikslər beynəlxalq platformada işləmir və əksər ölkələrdən zəngləri dəstəkləmir.
088 Toll Free Nömrələr
"088" prefikslə isə siz biznesiniz üçün toll free nömrəsini həm rəqəm həm də hərf olmaqla müxtəlif toll free nömrə birləşmələri arasından seçə bilərsiniz.
Əgər siz xüsusi bir nömrə istəyirsinizsə bizim sistemdə geniş seçim imkanları mövcuddur. Seçim etmək üçün zəhmət olmazsa, bizmilə əlaqə saxlayın.
Toll free xidməti peşəkar imic yaratmaq və güvənilir görünmək istəyən və ya sadəcə müştərilərinin, pulsuz yaddaqalan nömrəylə beynəlxalq və yerli səviyyədə əlaqə qurmasını istəyən şirkətlər üçün dəyərli ola bilər.
088 prefiksli nömrələr yerli və xarici korporativ müştərilərimizin müştəri məmnuniyyətini yüksəltmiş satışlarını artırmışdır və artırmaqda davam edir. IBM, Samsung, Dell, Philips, Huawei, P&G kimi beynəlxalq şirkətlər eləcə də dünyanın hər yerindən dövlət qurumları, özəl sektor və fərdi şəxslər bu xidmətdən yararlanırlar.
Avirtel şirkətinizin hansı ölkədə yerləşməsindən aslı olmayaraq, baş ofisdən vəya istənilən filialdan Azərbaycandakı müştərilərinizə heç bir xərc tutulmadan, onlardan zəng qəbul etmək şansı yaradır.
Avirtel 2000 ci ildən fəaliyyət göstərən Amerikanın "Cybernet Communications Inc." şirkətinin Azərbaycandakı filialıdır. Avirtel şirkəti İKT həllər, İT və Rəqəmsal xidmətlərlə yanaşı, Azərbaycanda yeganə Toll Free xidmət operatorudur.
Toll Free nömrələr müştəri məmnuniyyəti, satışların artırılması, xərclərin aşağı salınması və müştərilərinizin ehtiyaclarını daha yaxşı başa düşərək müvafiq qərar lar qəbul etməkdə də sizin ən yaxın dostunuz olacaq!.
Toll Free nömrədən istifadə zamanı ödənişi zəng edən tərəf yox, zəngi qəbul edən tərəf həyata keçirir. Zəngi edən tərəf üçün heç bir xərc nəzərdə tutulmur.
Dünyanın müxtəlif nöqtələrindən şəxslər, şirkətlər, dövlət qurumları, nəhəng korporasiyalar Avirtelin bu xidmətindən yararlanırlar. IBM, Samsung, Dell, Philips, Huawei, P&G müştərilərimizdən sadəcə bir neçəsidir. Müştəri məmnuniyyətinin bu şirkətlərin uğurlarının səbəblərindən biri olduğundan, məhz bu şirkətlərin bizi seçməkləri heç də təəccüblü deyil.
Toll Free nömrəsinə sahib olmaq biznesinizə etimadı artıraraq şirkətinizin imicini qorumağa yardım edəcək! Toll Free nömrələrinin ən önəmli xüsusiyyətlərindən biri daşınıla bilən olmasıdır. Hər hansı yerdəyişmə nömrənin fəalliyyətinə təsir etmir. Avirtel şirkətinizin hansı ölkədə yerləşməsindən aslı olmayaraq, baş ofisdən və ya istənilən filialdan Azərbaycandakı müştəriləriniz üçün tam ödənişsiz "Toll Free" zəng xidməti təklif edir.
Xidmətdən faydalanmaq üçün bizə müraciət edin.
AZ 1106, M.Araz küç. 50c, Nərimanov ray., Bakı, Azərbaycan
Telefon: 088 202
E-poçt: contact@tollfree.az